Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2024 23:02
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Armavir vilayətinə səfəri çərçivəsində Armavir şəhərində yerləşən hərbi hissələrindən birinə baş çəkib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Xaçaturyan hərbçilərlə görüşüb, onların qarşısında çıxışı zamanı ordunun gücləndirilməsinin ölkə üçün prioritet olduğunu açıqlayıb.
O, orduda ciddi islahatların aparıldığını vurğulayıb.
Səfər çərçivəsində Xaçaturyan hərbi hissəni gəzib, hərbi qulluqçuların yemək, yaşayış şəraiti, tədris prosesinin təşkili ilə tanış olub.