Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rostovda PUA hücumu - neft anbarı yandı

Rostovda PUA hücumu - neft anbarı yandı

Tarix: 13 Iyul 2024 12:48

Rusiyanın Rostov vilayətinin Simlyanski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubyev özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, insident yerli vaxtla saat 4 radələrində (Bakı vaxtı ilə 05:00 - red.) baş verib.

Yanğın üçüncü dərəcəli olub. Hadisə yerinə yanğınsöndürənlər, 49 nəfər və 14 texnika cəlb olunublar.


Etiketlər:  Rostovda hücumu neft anbarı yandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ