Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisin küçələri siçovulların cəngində: gəmiricilər insanların üzərinə dırmaşır - VİDEO

Parisin küçələri siçovulların cəngində: gəmiricilər insanların üzərinə dırmaşır - VİDEO

Tarix: 13 Iyul 2024 18:56

Siçovullar Fransaya hücum edib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, vəziyyətlə bağlı fransız ordusundan daha çox Paris bələdiyyəsinin səfərbər olması gözlənilir, lakin məsələ nəzarətdən çıxıb. Şəhərin mərkəzi küçələri, turistik məkanları, restoran və kafelər "işğal" olunub.

Bununla bağlı görüntülər apokalipsis sonrası dünyadan yox, Yay Olimpiya oyunları öncəsi Parisdəndir. Zibilyığanların tətili, bələdiyyənin diqqətsizliyi və siçovulların "cəsarəti" ucbatından şəhərdə dəhşətli mənzərə əmələ gəlib. Tullantı torbaları ilə dolub daşan səkilər və onun ətrafında kütləvi şəkildə var-gəl edən gəmiricilər sakinləri ciddi şəkildə narahat edir.

Fransalı siyasətçilər və ictimai fiqurlar artıq məsələyə satirik yanaşmağa başlayıblar. Fransa Milli Assambleyasının senatoru Natali Qule siçovullara qarşı ordunun işə salınmasını təklif edib. Parlamentin digər bir deputatı isə siçovulların artıq yeməkdən kökəldiyini və pəhriz saxlamağa başladığından yazıb.

Məsələ o həddə çaxıb ki, gəmiricilər hətta rahat şəkildə insanların üzərinə dırmaşmaqdan da çəkinmir. Məsələn, bu qadın yerli medialardan birinə müsahibə verərkən anidən sviterinə siçovulun girdiyini görür.

Parisin Şarl de Qoll hava limanında isə siçanlar rahat şəkildə sendviç dükanında xəmir üzərində gəzişirlər. Fransız mətbəxindən bəhs edən "Ratatuy" cizgi filmi, görünür, parislilər üçün heç də fantaziya deyilmiş!

Parisdə hər sakinə iki siçovul düşməsi artıq lətifə deyil, statistikadır. Siyasətçi Orelien Veron öz "X" hesabında gəmiricilərə etdiyi paxıllığı gizlədə bilməyib. Onun sözlərinə görə, Paris şəhəri siçovullara vətəndaşlarından daha yaxşı davranır. Deyəsən, artıq fransızlar gəmiriciləri də qısqanmağa başlayırlar.

Fransa-başayaq çevrilən sivilizasiyanın iyrənc nümunəsinə çevrilib. Fransalı jurnalist Aleksandra Lavoye Parisin bəzi məhəllələrinin tanınmaz hala düşdüyünü bizə göstərir. Afrikan üslublu küçə marketləri, qalaqlanan tullantılar və ətrafı bürüyən kəskin qoxu...

Paris yaşanması mümkün olmayan və ictimai sağlamlığa ciddi təhlükə yaradan şəhərə çevrilib.

Qarşınızda sevgi, romantika və dəb şəhərinin çirkin transformasiyasıdır. Parisin sürətlə siçovullar və üfunət məkanına çevrilməsi gözümüzun qarşısında baş verir. Zibilləri yığışdırıb, şəhəri təmizləmək heç kimi maraqlandırmır. İki həftə sonra başlayacaq Yay Olimpiya oyunlarına gəldikdə isə, yəqin ki, siçovullar üçün də tribunalarda yerlər nəzərdə tutulub. Çünki Parisin bu problemi 15 gün ərzində həll etməsi artıq real deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Parisin küçələri siçovulların cəngində gəmiricilər insanların üzərinə dırmaşır VİDEO


RƏYLƏR