Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sui-qəsd cəhdi: Qurulmuş oyun, yoxsa?..

Sui-qəsd cəhdi: Qurulmuş oyun, yoxsa?..

Tarix: 15 Iyul 2024 08:16

Tramp sui-qəsdi qlobalçılarla "dərin Amerikanın" ABŞ-ın, həm də dünyanın gələcəyi uğrunda mübarizəsinin açıq səhnəsi kimi görünür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi haqda bildirib.

"Təşkilatçının hansı olduğunu demək çətindir, çünki hər iki tərəfin maraqları var:

- qlobalçılar (demokratlar) Trampın qaçılmaz dönüşünün qarşısını almaq istəyir;

- "öncə Amerika" tərəfdarları "uğursuz sui-qəsd cəhdi" ilə Trampın önünü açırlar.

Nəticə demokratların əleyhinədir. Bu sui-qəsd cəhdi seçki marafonunda Trampın "əlini gücləndirəcək". Bu baxımdan, sui-qəsd səhnəsində ikincilərin - "dərin Amerika" adlandıra biləcəyimiz tərəfin maraqları daha qabarıq görünür", - o vurğulayıb.

Qeyd edək ki, 13 iyulda Pensilvaniyada Trampa bir neçə atəş açılıb. Siyasətçi yüngül xəsarətlə xilas ola bilib.

Milli.Az


Etiketlər:  qəsd cəhdi Qurulmuş oyun yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ