Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerika Kubokunun final matçı izdihama görə bir saatdan çox gecikib

Amerika Kubokunun final matçı izdihama görə bir saatdan çox gecikib

Tarix: 15 Iyul 2024 08:48

Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı "Hard Rock" stadionun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib.

"Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı", - bəyanatda deyilir.

Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. "USA Today" xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib.

Qeyd edək ki, matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Matçın 112-ci dəqiqəsində Argentina millisinin hücumçusu hesabı açıb.


Etiketlər:  Amerika Kubokunun final matçı izdihama görə saatdan çox gecikib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ