Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyanın qələbə qolunu vuran futbolçu satqın elan edildi - FOTO

İspaniyanın qələbə qolunu vuran futbolçu satqın elan edildi - FOTO

Tarix: 16 Iyul 2024 11:36

İspaniyanı AVRO-2024-də çempion edən qolu vuran bask futbolçu Mikel Oyarzabal anasının yaşadığı qəsəbədə satqın elan edilib.

Milli.az oxu.az-a istinadla xəbər verir ki, "Real Sosyedad"ın futbolçusu İngiltərəyə vurduğu qolla İspaniyada günün qəhrəmanı olub.

Lakin Bask vilayətinin Ellorio bələdiyyəsində Oyarzabal və İspaniya millisində çıxış edən başqa bir bask oyunçusu Merino üçün pankart asılıb. Bannerin üzərində İspaniya bayrağının üzərindən xətt çəkilib və "İspaniya millisində oynamağa yox" yazılıb. Bannerin altındakı divarda isə bask dilində "Oyarzabal və Merinos satqınlar" yazılıb.


Etiketlər:  İspaniyanın qələbə qolunu vuran futbolçu satqın elan edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ