Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 13:32
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo dünən Çempionlar Liqasının “Olimpiakos”a qarşı keçirilən oyununda (4:2) bolboya (topdaşıyan uşaq) təşəkkür edib.
Qol.az xəbər verir ki, bolboy autu başlamaq üçün topu dərhal Serju Oryeyə atıb. Bundan sonra “Tottenhem”in hücumu qolla nəticələnib.
“Mən ağıllı bolboyları çox istəyirəm. Özüm də elə olmuşam. Bu uşaq əla idi. O, oyunu oxudu, hər şeyi başa düşdü və vacib qol ötürməsi etdi. Bu, onun üçün vacib andır. Bunu heç vaxt unuda bilməyəcək” – deyə matçdan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis bildirib.
Xatırladaq ki, “Tottenhem” 0:2 hesabı ilə geri olduğu oyundan 4 qol vuraraq vacib qələbə qazanıb (4:2).
Yuxarı