Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İzzət Bağırov ilk dəfə həyat yoldaşından danışdı

İzzət Bağırov ilk dəfə həyat yoldaşından danışdı

Tarix: 16 Iyul 2024 22:50

Müğənni İzzət Bağırov ilk dəfə həyat yoldaşından danışıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Özəl mətbəx" verilişində qonaq olan sənətçi evdən kənarda yemək yemədiyini söyləyib:

"Həyat yoldaşım xasiyyətimi bilir. Heç vaxt soruşmuram ki, yeməyə nə var və ya ey... Nə olursa olsun, Allah bərəkət versin. Evdə nə bişibsə yeyəcəyəm. Evdən başqa heç yerdə yemək yemirəm. Toya gedəndə belə yemirəm. Ən çox zeytun yeyəcəyəm. Ramazan ayında məni 50 yerə qonaq çağırsalar belə iftar süfrəsində oturmuram. Oğullarım da oruc tuturlar, onlarla iftar açıb gedirəm. Baxıram ki, süfrəyə nələr düzüblər. Mənim üçün şorbanı içib oruc açasan, Ramazan ayını yaşayasan.

Həyat yoldaşım çox bacarıqlıdır. Hər şey bişirə bilir. Ona görə də evdə yeyirəm"


Etiketlər:  İzzət Bağırov dəfə həyat yoldaşından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ