Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dietoloq meyvə şirələri ilə bağlı mifi dağıtdı

Dietoloq meyvə şirələri ilə bağlı mifi dağıtdı

Tarix: 17 Iyul 2024 08:51

Şəkərsiz meyvə-tərəvəz şirələri ölçülü şəkildə istehlak edildikdə ağız sağlamlığına zərər vermir və çəki artımına səbəb olmur.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu "The Conversation"a avstraliyalı dietoloq Emma Bekket bildirib.

Həkim izah edib ki, şirədə meyvə və tərəvəzlərdəki qida maddələri - vitaminlər, minerallar və antioksidantlar qorunub saxlanılır:

"Şirələr bütöv meyvə və tərəvəzlərdən daha az lif ehtiva etsələr də, düzgün qidalandıqda sağlamlığa zərəri yoxdur. Həm də bəzi şirələrə adətən meyvə və tərəvəzlərin yeyilməyən hissələri, məsələn, qabıqları da əlavə edilir. Odur ki, bu içkiləri sağlam seçim adlandırmaq olar".

Dietoloqun sözlərinə görə, çoxsaylı araşdırmalar şirələrin sağlamlığa ya müsbət, ya da neytral təsir göstərdiyini üzə çıxarıb:

"Elmi tədqiqatlar təzə çəkilmiş şirələrin artıq çəki artımına və ya qan şəkərinin davamlı artmasına səbəb olduğunu tam olaraq təsdiqləməyib. Şirənin dişlər üçün zərərli olduğuna dair inanc da doğru olmaya bilər. Meyvə və tərəvəz içkilərinin diş çürüməsi riskini artırdığını və minanın aşınmasına səbəb olduğunu göstərən araşdırmalar təzə çəkilmiş şirələrdən daha çox əlavə şirinləşdirilmiş şirələrlə aparılıb".

Dietoloq buna baxmayaraq, meyvə və tərəvəz şirələrini hər gün içməyə ehtiyac olmadığını deyib.

"Onları bütöv və çiy halda yemək daha faydalıdır. Bundan əlavə, şirələrin bədəni toksinlərdən təmizlədiyinə dair heç bir sübut yoxdur", - mütəxəssis vurğulayıb.


Etiketlər:  Dietoloq meyvə şirələri ilə bağlı mifi dağıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ