Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 13:58
5 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı din xadimi və mədəni fəal Əbdüləziz Əzimi Qədiminın vəziyyəti aclıq aksiyası keçirdiyinə görə ağırlaşıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, 34 gündür aclıq aksiyası keçirən din xadimi 15 kq çəki itirib, səhhətində ciddi problemlər yaranıb və həbsxanadan kənar xəstəxanada müalicəsinə icazə verilmir.
Qeyd edək ki, Əbdüləziz Əzimi Qədimin qanunsuz həbs edilməsi və barəsində saxta ittihamlar irəli sürülməsinə etiraz olaraq və açıq məhkəmə iclasının keçirilməsi tələbi ilə aclıq aksiyası keçirir.