Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 21:54
Almanların 24%-i ölkə hökumətinin onları aldatdığına inanır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,bunu Ştutqartdakı Hohenheym Universitetinin dərc etdiyi sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçılarının 17%-nin bu fikri qismən bölüşdüyü, respondentlərin 59%-nin isə əks mövqedə olduğu qeyd edilir.
Almaniya sakinləri daha çox siyasi partiyalara (50%), ölkə hökumətinə (44%) və parlamentə (37%) etibar etmirlər.
Sorğu "Forsa" sosioloji xidməti tərəfindən may və iyun aylarında keçirilib. Burada 16 yaşdan yuxarı 5 min insan iştirak edib.
Sorğu göstərib ki, hazırkı hökumətin işindən narazılıq rekord həddə - 71%-ə çatıb, halbuki may ayında bu rəqəm 63% təşkil edib.