Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada tullantı sularında uşaqları iflic edən virus aşkarlandı - FOTO

Qəzzada tullantı sularında uşaqları iflic edən virus aşkarlandı - FOTO

Tarix: 19 Iyul 2024 17:26

Qəzza zolağında çirkab sulardan götürülən nümunələrdə uşaqlarda iflic yaradan virus - poliomielit aşkarlanıb.

Sonxeber.net xəbər verir ki,  bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada anklavda qurumla Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) koordinasiyalı şəkildə çirkab su nümunələri üzərində apardıqları sınaqların nəticələri paylaşılıb.

Məcburi köçkünlərin çadırları arasında və bölgə sakinlərinin məskunlaşdığı yerlərdə yığılıb qalan və axan tullantı sularında uşaqların iflic olmasına gətirib çıxaran virus aşkar edilib.

Açıqlamada qeyd edilib ki, bu, sağlamlıqla bağlı fəlakətin xəbərçisidir. Belə ki, minlərlə insan bu xəstəliyə yoluxma riski altındadır.

Suyun kanalizasiya suları ilə çirkləndiyi, tonlarla zibilin yığıldığına diqqət çəkilib və təmiz su təminatının, kanalizasiya xətlərinin təmirinin və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılmasının zəruriliyi vurğulanıb.


Etiketlər:  Qəzzada tullantı sularında uşaqları iflic edən virus aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ