Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu xəbəri eşidən kimi ağladım”

“Bu xəbəri eşidən kimi ağladım”

Tarix: 19 Iyul 2024 17:50

Argentina millisinin və "Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paul milliyə çağırıldıqdan sonra keçirdiyi hisləri bölüşüb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, onun sözlərini "Clarin" nəşri sitat gətirib.

"İlk dəfə milliyə çağırılmağım inanılmaz idi. Diqqətimi İtaliyaya yönəltmişdim. Mənə oynadığım klubun idman direktoru zəng vurub dedi ki, Valter Samuel mənim nömrəni istəyib. Tez anama zəng vurub "millidən nömrəmi istəyiblər" dedim. Ardından Valter məni yığdı və yığmaya çağırıldığımı söylədi. Bu xəbəri eşidən kimi ağladım. Milliyə düşmək üçün çox çalışmalısan. Bu göylərə toxunmaq kimidir".

Xatırladaq ki, De Paul yığmada 2018-ci ilin oktyabrında debüt edib. O millininn heyətində  69 matça çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  xəbəri eşidən kimi ağladım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ