Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2024 17:30
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazidə kəşfiyyat aparmaq üçün havaya dron buraxıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 20 yaşlı Tomas Metyu Kruksun avtomobilindən dron və dron avadanlıqları aşkar edilib.
Mənbənin "NBC" nəşrinə verdiyi məlumata görə, pilotsuz uçuş aparatı Kruksa hücumunu planlaşdırmağa kömək edə biləcək yuxarıdan görüntü əldə etməyə imkan verib.
Lakin hələdə onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib.