Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 18:04
“Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sevilya"nın futbolçusu Alexandro Pozo Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında deyib.
20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteqinin inkişafında xüsusi rola malik olduğunu bildirib: "Onunla eyni klubda olmaq fəxrdir. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. Ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram".
Gənc oyunçu sabahkı qarşılaşmada iştirak edəcəyinə inanır: "Meydanda olmağı çox istəyirəm. Az oyun şansı əldə edənlər sabahkı matça daha böyük ümidlə baxırlar".
Qeyd edək ki, sabah "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 00:00-da başlayacaq