Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

Tarix: 22 Iyul 2024 00:38

Finlandiya hərbi qüvvələri Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, "Cənub 2/24" təlimində təxminən 1700 nəfər və 300-ə yaxın texnika iştirak edir.

Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.


Etiketlər:  Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ