Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı 47 milyon dolları ötdü

Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı 47 milyon dolları ötdü

Tarix: 22 Iyul 2024 15:36

2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalaraq, 47,3 milyon dollara çatıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyun ayında Türkiyə Qazaxıstana 7,9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 13,8 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz azalaraq 7,8 milyard dollara bərabər olub.

"Bu ilin iyun ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,8 faiz azdır," - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 16,1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.


Etiketlər:  Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı milyon dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ