Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' ulduzunu ''Panatinaikos''a satdı

''Qalatasaray'' ulduzunu ''Panatinaikos''a satdı

Tarix: 25 Iyul 2024 14:10

Türkiyə Super Liqa təmsilçilərindən "Qalatasaray" daha bir futbolçu ilə vidalaşıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada "sarı-qırmızılar"ın Tete ilə yollarını ayırdığı bildirilib.

Braziliyalı futbolçu Yunanıstan təmsilçisi "Panatinaikos"a keçib. Yunanlar Tete üçün İstanbul klubuna 4 milyon 750 min avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Tete "Qalatasaray"a 2023-cü ildə Ukraynanın "Şaxtyor" klubundan keçmişdi.


Etiketlər:  Qalatasaray ulduzunu Panatinaikosa satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ