Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 11:20
Danimarka kraliçası Mariya Qrenlandiyaya səfəri zamanı gözlənilməz hadisə ilə üzləşib. Belə ki, pərəstişkarları ilə ünsiyyət zamanı onu skuterlə vurublar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" xəbər verir.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Kadrlarda sakinlərin kral ailəsinə baxmaq və kraliça Mariyanı yola salmaq üçün çıxdığı görünür. O, da pərəstişkarlarına yaxınlaşaraq onları salamlamağa başlayır. Lakin bu zaman yaşlı bir kişi skuterlə onu vurur.
Məlumata görə, kraliça Mariyaya heç nə olmayıb. Bir qədər sonra məlum olur ki, təqaüdçü kraliçanın əlini sıxmaq istəyib, lakin təsadüfən skuterdə pedalları qarışdırıb. Kişinin sözlərinə görə, o da hadisədən şok olub.