Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna HHQ Krıma zərbələr endirdi

Ukrayna HHQ Krıma zərbələr endirdi

Tarix: 26 Iyul 2024 14:14

Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Krıma ATACMS raketlərindən zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, sakinlər "unn.ua"nın müxbirinə güclü partlayış səslərinin eşidilyini bildiriblər. Buraxılan 4 raketdən ikisi hədəflərə dəyib, ikisi isə zərərsizləşdirilib.

O da bildirilir ki, atılan 13 raketdən bir neçəsi Saki hərbi aerodromuna düşüb. Eyni zamanda Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərindən biri sıradan çıxarılıb.

Əraziyə dərhal təcili yardım avtomobilləri cəlb olunub. Ölən və yaralanların sayı barədə informasiya verilməyib. Bununla yanaşı, Simferopol ərazisi də raketlərin hədəfində olub.

Qeyd edək ki, tərəflər baş verənlərlə bağlı şərh verməyib.

Milli.Az


Etiketlər:  Ukrayna HHQ Krıma zərbələr endirdi


RƏYLƏR