Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamilədən polkovnik atasına: "Məni yalnız anam böyüdüb" - FOTO

Kamilədən polkovnik atasına:

Tarix: 26 Iyul 2024 18:54

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva atası, Krım Dəniz Piyadaları İttifaqının sədri, polkovnik Valeri Ramazanovun müsahibəsinə cavab verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.

"Məni yalnız anam böyüdüb, gələcəyim üçün narahat olub. Yalnız o, mənim əsl və sevimli ailəmdir", - Vəliyeva yazıb.

Qeyd edək ki, yanvarın 29-da İman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdə təqsirli bilib və idmançını diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə bilməz. Həmçinin dövlət konkisürmə meydançalarında məşq edə bilməz.

Fevralın 7-də CAS Vəliyevanın işində əsaslandırmanı dərc edib. Qadağan olunmuş trimetazidinlə yanaşı, skaterin qanında icazə verilən üç maddə aşkar edilib. Bunlar ekdisteron, hipoksen və L-karnitin, həmçinin 50-dən çox əlavələrdir.

Fiqurlu konkisürən komanda yarışında Rusiya və Avropa çempionatlarının qızıl medalından, habelə Pekində keçirilən Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib. Rusiya komandası bürünc, ABŞ qızıl, Yaponiya isə gümüş medal qazanıb.

Milli.Az


Etiketlər:  Kamilədən polkovnik atasına Məni yalnız anam böyüdüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ