Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir

Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir

Tarix: 27 Iyul 2024 20:40

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən "France 2" telekanalına sanksiya tətbiq edilməlidir.

Sonxeber.net xəbər verir ki, bunu report.az-a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, telekanalın aparıcılarının Azərbaycan millisi ilə bağlı neqativ ifadələri reallığa uyğun gəlmir və Bakı ilə Paris arasında ikitərəfli münasibətlərin korlanmasına səbəb olacaq.

"Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir. Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır", - P.Teys bildirib.

Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.

Daha əvvəl Azərbaycanın Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa telekanalının bu cür bəyanatlarına görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət göndərə biləcəyi bildirilmişdi.


Etiketlər:  Piter Teys Fransa olimpiadada onsuz sarsılmış imicini itirir


RƏYLƏR