Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2024 15:46
Ağstafa çayının daşması nəticəsində Ermənistanın Tavuş vilayətində 55 nəfər dağda çətin vəziyyətdə qalıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, bazar günü saat 12:37-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasedicilərinə çayın daşması nəticəsində insanların Haştərək kəndi yaxınlığındakı düşərgədə qalması barədə siqnal daxil olub.
"Hadisə yerinə xilasedicilər və əməliyyat qrupu göndərilib. Xilasedicilər 46-sı azyaşlı olmaqla 55 nəfəri təxliyə ediblər", - məlumatda qeyd olunub.