Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstirahət kabusa çevrildi: Nyu-Yorkda naməlum şəxslər parkdakı insanları atəşə tutdular - FOTO

İstirahət kabusa çevrildi: Nyu-Yorkda naməlum şəxslər parkdakı insanları atəşə tutdular - FOTO

Tarix: 29 Iyul 2024 13:36

Nyu-Yorkda (ABŞ) izdihamlı parkda atışma baş verib. Hadisə nəticəsində azı bir nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Roçester şəhərində qeydə alınıb.

Məlumata görə, Meypllvud parkında bazar günü yerli vaxtla təxminən saat 18:20-də (Bakı vaxtı ilə bazar ertəsi 02:20) baş verən atışma nəticəsində 20 yaşlı gənc həlak olub, daha altı nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritik hesab edilir.

Hüquq-mühafizə orqanı əməkdaşları atışmanın neçə nəfər tərəfindən həyata keçirildiyini bilmədiklərini vurğulayıblar.


Etiketlər:  İstirahət kabusa çevrildi Yorkda naməlum şəxslər parkdakı insanları atəşə tutdular FOTO


RƏYLƏR