Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir

Əli Əsədov: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir

Tarix: 29 Iyul 2024 14:06

Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Sonxeber.net-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.


Etiketlər:  Əli Əsədov Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ