Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Tarix: 29 Iyul 2024 21:30

İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, söhbət zamanı Pezeşkian İsrailin Livana mümkün hücumunun ciddi nəticələri ilə bağlı həmkarını xəbərdarlıq edib.

"Əgər sionist rejim (İsrail nəzərdə tutulur) Livana hücum edərsə, böyük səhvə yol verəcək və bunun onun üçün ağır nəticələri olacaq. İsrail 75 ildən artıqdır ki, Fələstin ərazilərini işğal etməklə bütün beynəlxalq normaları tapdalayıb".

Pezeşkian həmçinin Fransa ilə münasibətləri "dürüstlük və qarşılıqlı etimad əsasında" qurmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Makron Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və İranla Avropa ölkələri arasında münasibətlərin, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin yaxşılaşmasına ümid etdiyini bildirib.


Etiketlər:  Pezeşkian Makrona xəbərdarlıq etdi İsrail hücum etsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ