Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qisasçılar''ın davamı çəkiləcək

''Qisasçılar''ın davamı çəkiləcək

Tarix: 30 Iyul 2024 05:06

"Marvel Studios" elan edib ki, növbəti "Avengers"in ("Qısasçılar") rejissorları "Avengers: Infinity War" və "Avengers: Endgame" filmlərini ərsəyə gətirən Entoni və Co Russo qardaşları olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni filmlər 2026 və 2027-ci illərdə buraxılacaq.

İlk təsdiqlənmiş qəhrəmanlar yeni Fantastik Dördlük və Doktor Dumdur. Sonuncu obrazı əvvəllər Marvel Kinematik Kainatında Dəmir Adam rolunu oynamış kiçik Robert Dauni canlandıracaq.

Bundan əlavə, "Avengers 5"in artıq yeni adı da bəllidir - "Avengers: Day of Doom". Burada əsas cani, filmin adından da göründüyü kimi, Doktor Dum olacaq. Bundan əlavə, personaj "Avengers: Secret Wars" filmində də görünəcək.

Milli.Az


Etiketlər:  Qisasçıların davamı çəkiləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ