Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya səfiri Hidayət Heydərovu təbrik etdi

Almaniya səfiri Hidayət Heydərovu təbrik etdi

Tarix: 30 Iyul 2024 10:34

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı cüdoçu Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib.

Sonxeber.net xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!", - paylaşımda vurğulanıb.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.


Etiketlər:  Almaniya səfiri Hidayət Heydərovu təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ