Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2024 12:40
Müğənni Zamiq Hüseynov aylar sonra yeni klipini təqdim edib.
Sonxeber.net bildirir ki, iyul ayının son günlərində işıq üzü görən iş, olduqca maraqla qarşılanıb. Zamiq ənənəsi üzrə, elə öz ruhuna yaxın retro, xüsusən də romantik ab-havalı tərzindən bu dəfə də geri qalmayıb. "Dərya" adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə diqqət çəkib. Klip sadə süjet xətti ilə seçilir. Eşq, səhra, yağış Zamiqin bu layihəsini də tutarlı edib.
Onu da qeyd edək ki, bəstənin müəllifləri Tural Bağırzadə və FTB-dir. Klipin rejissorluğu Samirə Xasməmmədovaya həvalə olunub. Hüseynovun stili və "make - up"ı, ərzində Elnur Həsənov çalışıb.