Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdıracaqlar - YENİLƏNİB

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdıracaqlar - YENİLƏNİB

Tarix: 30 Iyul 2024 15:28

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

-------

14:14

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə baş tutacaq: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində.

Qeyd edək ki, danışıqların əvvəlki raundu iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

Xatırladaq ki, daha öncə türkiyəli teleaparıcı Sena Alkan öz "X" hesabında görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını bildirmişdi.

Milli.Az


Etiketlər:  Türkiyə Ermənistan viza prosedurlarını asanlaşdıracaqlar YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ