Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuelada polislə etirazçılar arasında toqquşma - VİDEO

Venesuelada polislə etirazçılar arasında toqquşma - VİDEO

Tarix: 30 Iyul 2024 15:18

Venesuelada Nikolas Maduronun yenidən prezident seçilməsinə etiraz edən şəxslərlə polis arasında toqquşma olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Karakasda bir qrup gənc tərəfindən prezident seçkisini müşahidə etmək üçün ölkəyə gələn şəxslərə hücum etməyə cəhd olunub.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, hazırkı dövlət başçısı Nikolas Maduronu seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər.

Polislə iğtişaşçıların toqquşması nəticəsində 23 nəfər hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Milli.Az


Etiketlər:  Venesuelada polislə etirazçılar arasında toqquşma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ