Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 09:52
HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas deyib.
O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb.