Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 10:26
"2024-cü il Olimpiya Oyunlarının açılışında göstərilən əxlaqsızlıq, qarşı-qarşıya olduğumuz təhdidin miqyasını bir daha göz önünə gətirdi".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Konfrans Salonunda təşkil olunmuş tədbirdə bir sıra məsələlərə münasibət bildirərkən deyib.
O bildirib ki, açılış mərasiminə Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəvət almışdı: "13 yaşlı nəvəm dedi ki, orada LGBT nümayiş olunacaq, Parisə getmə".
"İlk fürsətdə bu barədə cənab Papaya zəng edəcəyəm. Xristian dünyasına və bütün xristianlara qarşı edilən əxlaqsızlığı onunla bölüşəcəyəm", - deyə Ərdoğan əlavə edib.