Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 15:12
Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçü özünə yeni klub tapıb. "Qafqazinfo" xəbər verir ki, o, Finlandiya təmsilçisi HİK-ə keçib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə futbolçunun atası Halis-Sibel Kökcü feysbuk hesabında paylaşım edib. Kökcü Skandinaviya ölkəsinin klubu ilə 2,5 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Ozancan ötən mövsüm Niderlandda, "Eyndhoven"in heyətində 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı. Kökçü daha əvvəl "Bursaspor", "Giresunspor", "Telstar", "Velveyk" klublarında oynamışdı.