Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə eks-nazirin oğlu nənəsini girov götürüb öldürdü - FOTO

Türkiyədə eks-nazirin oğlu nənəsini girov götürüb öldürdü - FOTO

Tarix: 1 Avqust 2024 10:08

Türkiyədə sabiq nazir olan Abdüllatif Şenerin oğlu Bedirhan Şener ana nənəsini girov götürdükdən sonra onu güllələyərək öldürüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Ankarada yaşadıqları evdə nənəsi ilə mübahisə edən Bedirhan Şener daha sonra onu silahla girov götürüb.

Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də nənəsini B. Şenerin əlindən almaq mümkün olmayıb və o nənəsi Leyla Çetineri tapança ilə vuraraq öldürüb.

Daha sonra o polislər tərəfindən saxlanılaraq həbs olunub. Atası Abdüllatif Şener psixoloji problemləri olan oğlunun qarşısındakı şəxsin nənəsi olduğunu bilmədiyini və onu tanımadan atəş etdiyini deyib.

Qeyd edək ki, Abdüllatif Şener 2001-ci ildə qurulan hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olub və 2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın qurduqları hökumətlərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.


Etiketlər:  Türkiyədə nazirin oğlu nənəsini girov götürüb öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ