Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haniyənin necə öldürülməsi ilə bağlı iddia

Haniyənin necə öldürülməsi ilə bağlı iddia

Tarix: 1 Avqust 2024 18:34

İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "New York Times" bir çox mənbəyə istinadən xəbər verir.

Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.

Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və mühafizə olunur.

Milli.Az


Etiketlər:  Haniyənin necə öldürülməsi ilə bağlı iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ