Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 15:45
Bakı. Elçin Mehdiyev - Trend:
Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.
Ə.Əhmədov vurğulayıb ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin