Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mata ''Barselona''dan 5 milyon istəyir

Mata ''Barselona''dan 5 milyon istəyir

Tarix: 7 May 2019 18:52

Yayda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Xuan Mata İspaniyaya qayıda bilər.

Qol.az-ın "Diario Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar"ın yeni sözləşmə təklifini rədd edən ispaniyalı yarımmüdafiəçi "Barselona"da oynamaq istəyir. Kataloniylar 31 yaşlı futbolçu ilə hələ yanvar ayında danışıq aparsa da, onu azad agent kimi transfer etmək üçün mövsümün sonunu gözləməyi məqsədəuyğun saymışdı.

Artıq Mata "Barselona" rəhbərliyinə öz şərtlərini çatdırıb. Təcrübəli oyunçu 2+1 illik müqavilə və ilinə 5 milyon avro məvacib tələb edir.

Qeyd edək ki, 2011-ci ilin yayında "Valensiya"dan "Çelsi"yə keçən Mata 2,5 ildən sonra "Mançester Yunayted"ə transfer olunub.

 


Etiketlər:  Mata Barselonadan milyon istəyir


RƏYLƏR