Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pavel Durovun daha 3 övladı olduğu ortaya çıxdı

Pavel Durovun daha 3 övladı olduğu ortaya çıxdı

Tarix: 3 Avqust 2024 19:10

43 yaşlı İrina Bolqar 39 yaşlı teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun daha 3 övladı olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Forbes"ə müraicət edərək milyarderlər reytinqində Durovun uşaqlarının sayını 2 yox, 5 olaraq göstəirlməsini tələb edib. İrina uşaqlarının doğum şəhadətnamələrini göstərərək Pavelin onların atası olduğunu təsdiqləyib. 

Bundan başqa, İrina oğlunun ad günündən olan fotonu yayımlayıb. Şəkildə Pavel özü də yer alıb.

İsveçrədə yaşayan İrina nəşrə bildirib ki, Durovla 2012-ci ilin yayında tanış olub. Altı aydan sonra onlar birlikdə yaşamağa başlaıblar və 2013-cü ilin dekabrında ilk övladları, qızı Lea dünyaya gəlib. 2016-cı ilin yanvarında Sankt-Peterburqda onların ilk oğulları Daniel, 2017-ci ilin sentyabrında isə ikinci oğulları David dünyaya gəlib.

Qeyd edək ki, Durovun keçmiş həyat yoldaşı Daria Bondarenkodan iki övladı var.

Milli.Az


Etiketlər:  Pavel Durovun daha övladı olduğu ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ