Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hidayətlə Zelim kimi... - FOTOlar

Hidayətlə Zelim kimi... - FOTOlar

Tarix: 4 Avqust 2024 09:22

Xəbər verdiyimiz kimi, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev vətənə qayıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançılar hava limanında böyük coşqu ilə qarşılanıb.

Onların ailə üzvləri, yaxınları və azarkeşlər çempionlarımızın yolunu əllərində güllər, pankartlarla gözləyiblər.
Qeyd edək ki, Hidayət Heydərov 73 kq çəki dərəcəsində fransız, Zelim Kotsoyev isə 100 kq-da gürcü rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 

Hər iki dost bu il həm dünya, həm də Olimpiya çempionu adını qazanıb. Onlar özləri də müsahibələrində güclü dostluqları və bənzər uğur yolları olduğunu paylaşıblar.

Fotolar: Pərvin Zeynal

Milli.Az


Etiketlər:  Hidayətlə Zelim kimi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ