Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şamaxı'' ''Sabah''dan xal aldı, ''Zirə'' ''Səbail''ə qarşı

''Şamaxı'' ''Sabah''dan xal aldı, ''Zirə'' ''Səbail''ə qarşı

Tarix: 4 Avqust 2024 19:50

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünün 1-ci turuna yekun vurulacaq.

Milli.Az xəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan iki oyundan biri başa çatıb.

Premyer Liqaya qayıdan "Şamaxı" "Sabah"ın qonağı olub. Meydan sahibləri 2:0 öndə olsa da, "Şamaxı" hesabı bərabərləşdirməyi bacarıb və səfərdə 1 xal qazanlb - 2:2. 

Turun son qarşılamasında "Zirə" "Səbail"i qəbul edəcək. Oyuna saat 20:00-da start veriləcək.

4 avqust (bazar)

17: 30. "Sabah" - "Şamaxı" - 2:2 

Qollar: Namik Ələskərov, 16 (1:0), Xəyal Əliyev, 37 (2:0), Rüfət Abbasov, 44 (2:1), Belajdi Pusi, 52 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Tural Qurbanov
AVAR: Elşad Abdullayev
"Bank Respublika Arena"

20:00. "Zirə"- "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu

2 avqust

20:00. "Araz Naxçıvan" - "Qarabağ" - 1:4

3 avqust 

20:45. "Sumqayıt" - "Kəpəz" - 2:0

18:30. "Neftçi" - "Turan Tovuz" - 0:0

Milli.Az


Etiketlər:  Şamaxı Sabahdan aldı Zirə Səbailə qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ