Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməyini təsdiqləyib - FOTOları

Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməyini təsdiqləyib - FOTOları

Tarix: 4 Avqust 2024 21:02

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vilayətindəki Vasilkov aerodromundan F-16-ların videosunu yayımlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının respublika ərazisinə gəldiyini video görüntülərlə təsdiqləyib.

Onun sözlərinə görə, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar.

"F-16-lar Ukraynadadır. Biz bunu təmin etdik", - deyə Zelenski bildirib. O həmçinin ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib.

İlk Ukrayna F-16 qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq.

Milli.Az


Etiketlər:  Zelenski qırıcılarının Ukraynaya gəlməyini təsdiqləyib FOTOları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ