Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ F-22-ləri Yaxın Şərqə göndərir

ABŞ F-22-ləri Yaxın Şərqə göndərir

Tarix: 4 Avqust 2024 23:26

ABŞ İranın İsrailə zərbə endirmək təhlükəsi ilə əlaqədar radar baxımından gözə dəyməyən F-22 Raptor qırıcılarından ibarət eskadranı Yaxın Şərqə yerləşdirməyə qərar verib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Air & Space Forces Magazine" mənbəyə istinadən məlumat yayıb.

"Pentaqon bölgəyə ballistik raket hücumlarının qarşısını almağa qadir olan daha çox kreyser və esmines göndərib, həmçinin yer-hava raket imkanlarını gücləndirə bilər. Bunlar İranın İsrailə hücumunu dəf etmək və ya qarşısını almaq, eləcə də HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra bölgədəki ABŞ qüvvələrini gücləndirmək məqsədi daşıyır",- məlumatda deyilir.


Etiketlər:  ABŞ ləri Yaxın Şərqə göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ