Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 08:10
"Uşaqlıqdan beləyəm: sənətkarlardan çəkinirəm. "Cavid ömrü" filmində Hüseyn Cavidin həyat yoldaşını oynayacaqdım. Mənə dedilər ki, Hüseyn Cavidi Rasim Balayev oynayacaq. Onu heç görməmişdim. Amma əl-ayağım əsirdi ki, onunla necə oynayacağam?".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişində deyib. Aktrisa Xalq artisti Rasim Balayevlə qarşılaşmasından danışıb:
"Adamı heç bir dəfə olsun ki, realda görməmişdim. Rasim müəllim gələndə həyəcandan ürəyim ağzıma gəlirdi. O da gördü ki, mən o mən deyiləm. Başladı suallar verib, söhbətlər etməyə. Baxdım ki, aradan keçilməz olan səddə keçdi. Bir də baxdım ki gözəl tandemimiz yarandı".