Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də qasırğa xəbərdarlığı: Fövqəladə vəziyyət elan edildi - FOTO

ABŞ-də qasırğa xəbərdarlığı: Fövqəladə vəziyyət elan edildi - FOTO

Tarix: 5 Avqust 2024 18:50

ABŞ-nin Florida ştatında "Debbi" qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, Florida qubernatoru Ron Desantis 3 min milli qvardiyaçını bununla bağlı təlimatlandırıb və Sitrus, Diksi, Franklin, Levi və Vakulla da daxil olmaqla, ştatın Körfəz sahillərində yerləşən bəzi bölgələrində məcburi təxliyə əmri verib.

Qeyd edək ki, Floridada "Debbi" qasırğası təşvişi yaşanır. ABŞ Milli Qasırğa Mərkəzinin təhlükəli fırtına dalğaları və daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi qasırğanın sürəti ötən gecə 120 km-ə çatıb.

"Bu fırtınanın bir hekayəsi olacaq. Fəlakət dərəcəsində daşqınlardan söhbət gedir", - deyə Milli Qasırğa Mərkəzinin rəsmisi Cemi Rome bildirib.

Eyni zamanda Florida ilə yanaşı, qasırğaya hazırlıq məqsədilə Corciya və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyət elan edilib.


Etiketlər:  ABŞ qasırğa xəbərdarlığı Fövqəladə vəziyyət elan edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ