Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibənin taleyi dəyişir: Qarabağdakı kimi...

Ukraynada müharibənin taleyi dəyişir: Qarabağdakı kimi...

Tarix: 6 Avqust 2024 08:46

Ukraynanın döyüş meydanlarında müharibənin gələcəyi sürətlə dəyişir. Minlərlə dron səmanı doldurur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri yazıb.

"Bu dronlar və onların operatorları maneələrdən qaçmaq və potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər", - nəşr bildirib.

Qeyd olunur ki, bu sistemlər sayəsində Ukrayna ordusu tankları məhv edir və təyyarələri dağıdıcı effektivliklə vurur.

"Hər iki dövlət fasiləsiz hücumlara tab gətirə bilən və düşmənin müdafiəsinə yara bilən daha təkmil texnologiyalar yaratmağa çalışır", - materialda deyilir.

Məqalədə Azərbaycan hərbçiləri tərəfindən Qarabağın geri alınmasında Türkiyə və İsrail istehsalı olan pilotsuz təyyarələrdən uğurla istifadə edildiyi də xatırladılıb.

Milli.Az


Etiketlər:  Ukraynada müharibənin taleyi dəyişir Qarabağdakı kimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ