Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinvar seçildi, İsrailin gələcəyə ümidi... - İran

Sinvar seçildi, İsrailin gələcəyə ümidi... - İran

Tarix: 7 Avqust 2024 15:54

Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi İsraili gələcəyə ümiddən məhrum edən bir yol deməkdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Dünən Yəhya Sinvarın HƏMS Siyasi Bürosunun rəhbəri təyin olunması fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmayacaq", - o bildirib.

Musəvi İsrail hökumətini vəhşi qəbilələrə bənzədib:

"Amma hətta vəhşilər də bəzi normalara riayət ediblər. İsrail isə bütün beynəlxalq qaydaları və qanunları pozur".


Etiketlər:  Sinvar seçildi İsrailin gələcəyə ümidi İran


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ