Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Ukraynanın Kurska hücumuna münasibət bildirdi - YENİLƏNİB

Putin Ukraynanın Kurska hücumuna münasibət bildirdi - YENİLƏNİB

Tarix: 7 Avqust 2024 17:10

17:06

"Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: "Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur".

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

Son məlumata görə, Ukrayna ordusu dünən axşam saatlarında Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə texnika və canlı qüvvə ilə hücum edib. Ukrayna ordusunun Rusiyanın içərilərinə doğru bir neçə kilometr irəlilədiyi bildirilir.

Kurskun atəşə tutulması nəticəsində 5 dinc sakinin həlak olduğu, 30-dək insanın yaralandığı barədə məlumat verilib.

Ərazidə şiddətli döyüşlər gedir. Rusiya Ukrayna hərbçilərinin hücumunu dayandırmaq və ölkə ərazisindən çıxarmaq üçün əlavə qüvvələr cəlb edir.

Vilayətdən ziddiyyətli xəbərlər gəlir.

--------
16:19


Rusiya Prezidenti Vladimir Putin yaxın saatlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Əsas müzakirə mövzusu son saatlarda Kursk vilayətində yaranmış vəziyyətdir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ukrayna ordusu Kurska hücum edib, 3 kəndi nəzarətə götürüb, Sucaya doğru irəliləyir. Hazırda ərazidə şiddətli döyüş getdiyi bildirilir.


Etiketlər:  Putin Ukraynanın Kurska hücumuna münasibət bildirdi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ