Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə daha bir onlayn platformaya giriş bloklandı

Türkiyədə daha bir onlayn platformaya giriş bloklandı

Tarix: 8 Avqust 2024 13:46

Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması "Roblox"a da giriş bloklanıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, "Roblox"a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qərarla "Roblox"un "App Store" və "Google Play"dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.

Qeyd edək ki, "Roblox" istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.

Milli.Az


Etiketlər:  Türkiyədə daha onlayn platformaya giriş bloklandı


RƏYLƏR