Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiani Fransanı ittiham etdi: terrorçularla əməkdaşlıq...

Tiani Fransanı ittiham etdi: terrorçularla əməkdaşlıq...

Tarix: 8 Avqust 2024 21:16

Nigerin keçid dövrünün Prezidenti Abdürəhamane Tiani bir daha Fransanı ölkəsində sabitliyi pozmaqda və Qərbi Afrikada terroru dəstəkləməkdə ittiham edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, A.Tiani Nigerin Milli Günü münasibətilə televiziyaya verdiyi müsahibədə bu barədə danışıb.

"Nigerdə sabitliyi pozmaq kimi qeyri-sağlam addımlar ərazimizdən qovduğumuz Fransa DGSE-nin (Xarici Təhlükəsizlik Baş Direktorluğu) bütün agentlərinin yenidən yerləşdirilməsi ilə yayılır. Onlar yenidən Benində və Nigeriyada yerləşiblər", - Tiani qeyd edib.

O, fransız agentlərinin terror təşkilatları ilə əməkdaşlıq etdiyini bildirərək, sabitliyi pozmaq istəyinin fakt olduğunu deyib.


Etiketlər:  Tiani Fransanı ittiham etdi terrorçularla əməkdaşlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ